Kiyev kamikadze dronların hücumuna məruz qalıb - video

Dekabrın 19-na keçən gecə Kiyev şəhəri kamikadze dronların hücumuna məruz qalıb. Ukrayna paytaxtının meri Vitali Kliçko şəhərin Solomenski və Şevçenkovski rayonlarında bir neçə partlayışın baş verdiyini açıqlayıb. Hava hücumu üç saatdan çox davam edib.

Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, Kiyev hava məkanında İranın iyirmidən çox “Şahed” PUA-sı qeydə alınıb. Hava hücumundan müdafiə sistemləri təxminən 15 pilotsuz təyyarəni vurub. Hücum nəticəsində kritik infrastruktur obyektinə zərbə endirilib. Şəhərdə fövqəladə elektrik enerjisi kəsilib.

Regional administrasiya həmçinin hücum zamanı şəxsi evlərə ziyan dəydiyini bildirir. İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Oktyabrın əvvəlindən Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi və enerji infrastrukturuna müntəzəm raket zərbələri endirir. Hücumlarda Rusiyanın İrandan aldığı pilotsuz təyyarələr də iştirak edir.

Oktyabrın 17-də Kiyevə dronların hücumu nəticəsində yaşayış binası dağıdılıb, bir neçə dinc sakin həlak olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ