Bakını bombalamağa çağıran ekspert işdən qovuldu - video

Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov ali təhsil ocağından qovulub.

Bu barədə MDBMİ məlumat yayıb.

İnstitut rəhbərliyi tərəfindən Aleksandrovun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlıq kimi qiymətləndirilib.

Qeyd edək ki, rusiyalı ekspert ötən günlərdə Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif etmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ