Sənə layiq ola bilmədim: 21 yaşlı azərbaycanlı qızın dəhşətli sonu - FOTO

Türkiyənin Konya şəhərində 42 mərtəbəli tikilinin ən üst mərtəbəsindən özünü atan 21 yaşlı Aysun Xəlilovanın görüntüləri yayılıb.

Buta.media-nın məlumatına görə, gənc qızın özünü ataraq intihar etmək istədiyini görən ofisiantlar ona mane olmağa çalışıblar. 

Lakin 21 yaşlı Aysun onları bıçaqla hədələyərək, özün atıb.

Hadisə baş verən ərazidə işləyən polis əməkdaşları mərhumun çantasından ailəsinə yazdığı məktub tapıblar. Əl yazısı ilə yazılan məktubda “Sizə layiq bir övlad olmadım. Məni bağışlayın. Mən sənə də layiq olmadım. Səni çox sevdim. Məni boyunbağımla birlikdə dəfn edin” sözləri yazılıb.

Gənc qızın cənazəsi Konya Nümunə Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ