ABŞ Türkiyəni sanksiyalarla təhdid etdi

ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen bildirib ki, ABŞ məhdudiyyətlərə məruz qalan Rusiya şirkətləri ilə əməkdaşlıq edən türk şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırdır.

“Türkiyə ilə həmişə olduğu kimi, bizim çox açıq və səmimi mübadilələrimiz var. Açıq şəkildə bəyan edib ki, maraqlarımız bizdən sanksiyaları tətbiq etməyi tələb etdikdə, biz edəcəyik. Lazım gəldikdə ABŞ-ın məhdudlaşdırma rejimini pozan türk firmalarına sanksiyalar tətbiq olunacaq”, - deyə Ceyms O'Brayen bildirib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ABŞ “Türkiyə ilə məsləhətləşmələri davam etdirəcək və Ankara Rusiya ilə gələcək əlaqələr üçün bəzi planlarını dəyişə bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ