Lukaşenko DÇ-2022-də Belarus futbolçularını görmədi və təəccübləndi


Belarus prezidenti Aleksandr Lukaşenko ölkə futbolunun vəziyyətindən “qorxmağa başladığını” bəyan edib.

Onun sözlərini BelTA agentliyi sitat gətirir.

“Dünya Kuboku davam edir. Nə isə, Sergey Mixayloviç (Kovalçuk, ölkənin İdman və Turizm Nazirliyinin rəhbəri) orada bizim futbolçuları görmədim. Yaxınlıqda belə yoxdurlar. Ffutbolçularımızın oyununu bu gün idmançıların orada göstərdiyi futbolla müqayisə edirəm. Üstəlik, qış vaxtında da bu nəticələri göstərirlər. Keçmiş futbolçu kimi mən sadəcə qorxuram”, - Lukaşenka deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ