ABŞ Ukraynaya döyüş sursatını “ağıllı bomba”ya çevirən avadanlıq verir

ABŞ prezident administrasiyası idarə olunmayan təyyarə sursatlarını “ağıllı bombalara” çevirən avadanlıqları Ukraynaya ötürə bilər, bunu “The Washington Post” mənbələrə istinadən yazır.

Söhbət Birgə Birbaşa Hücum Sursatı (JDAM) texnologiyasına əsaslanan və müxtəlif növ silahlara bərkidilə bilən avadanlıq dəstlərindən gedir.

ABŞ prezidenti Co Baydenin və ya onun milli təhlükəsizlik müşavirlərindən hər hansı birinin JDAM-ın Ukraynaya köçürülməsi təklifini təsdiq edib-etmədiyi hələlik məlum deyil.

Qəzet qeyd edib ki, Ukrayna Hərbi Hava Qüvvələri əsasən Sovet istehsalı olan MiQ ailəsinə məxsus təyyarələrə arxalanır və Pentaqon yeni Qərb təyyarələrini Kiyevə ötürməkdənsə, onları modernləşdirmək üçün imkanlar axtarır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ