The New York Times: Melitopolun azad edilməsi Ukraynanın növbəti məqsədidir

Ukrayna ərazisinə girdikdən bir neçə gün sonra Rusiya tərəfindən ələ keçirilən Zaporojye vilayətinin Melitopol şəhəri Ukrayna müharibəsinin növbəti cəbhəsinə çevrilə bilər. 

Bu barədə “The New York Times” yazır.

Melitopol cəbhə xəttindən 60 kilometr aralıda, iki böyük magistralın və Rusiyanı . Krım yarımadası və Ukraynanın cənubunda digər işğal olunmuş ərazilərlə birləşdirən kritik dəmir yolu xəttinin kəsişməsində yerləşir.

Ukrayna Silahlı Qüvvələri Melitopol və onun ətrafında yerləşən Rusiya qruplaşmasını, o cümlədən raket zərbələri və təxribat əməliyyatları vasitəsilə təcrid etmək və zəiflətmək üçün səyləri gücləndirir. Bazar ertəsi Moloçnaya çayı üzərindən keçən körpü partladılıb. Moskva rəsmi bəyanatlarında partlayışa görə Ukrayna əsgərlərini günahlandırıb. NYT yazır ki, körpünün dağıdılması Rusiyanın cənubdan Melitopol üçün əsas təchizat marşrutunu təhdid edir.

Qəzet hərbi analitiklərə istinadən iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin Melitopoldakı fəaliyyəti (o cümlədən Rusiya logistikasına hücumlar) Ukraynanın hücuma hazırlığından xəbər verir. Melitopol üzərində nəzarətin bərpası Ukrayna qüvvələrinə təkcə bütün Zaporojye bölgəsini deyil, həm də qonşu Xersonu geri almağa kömək edə bilər ki, bu da, çox güman ki, Rusiya ordusunun Krıma geri çəkilməsinə səbəb olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ