İtaliyanın baş nazirinin rəfiqəsi öldürülüb

Romada kafedə baş verən atışmada ölən üç nəfər arasında İtaliya hökumətinin başçısı Corcia Meloninin rəfiqəsi də olub. 

“The Guardian” yazır ki, 57 yaşlı şübhəli şəxs yaşayış binasında sakinlərin toplaşdığı yerə atəş açıb. Polis hələ də cinayətin motivlərini şərh etməyib.

Roma meri Roberto Qualtieri atışmanı “ciddi zorakılıq epizodu” adlandırıb, bununla əlaqədar şəhər hökumətinin fövqəladə iclas keçirəcəyi bildirilir. Şübhəli şəxs həbsdədir. Onun şuranın bəzi idarə heyətinin üzvləri ilə fikir ayrılığı olduğu bildirilir.

Hadisə nəticəsində həmçinin dörd nəfər - ehtimal ki, iki qadın və iki kişi - yaralanıb, birinin vəziyyəti ağırdır. Baş nazir Corcia Meloni bildirib ki, öldürülən qadınlardan biri onun dostu Nikoletta Qolisanodur. İtaliyanın baş naziri həmçinin qeyd edib ki, şübhəlinin silahı oğurladığı iddia edilən poliqon bağlanıb və istintaq gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ