Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat konfransı Yeni ildən əvvəl baş tutmayacaq.
Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Böyük mətbuat konfransına gəlincə, bəli, yeni ilə qədər olmayacaq. Eyni zamanda, ümid edirik ki, prezident hələ də jurnalistlərlə söhbət etmək imkanı tapacaq. O, bunu xaricə səfərləri də daxil olmaqla, mütəmadi olaraq edir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Vladimir Putin 2001-ci ildən böyük mətbuat konfransları keçirir. 2012-ci ildən etibarən bu konfranslar dekabr ayında baş tutur. Bundan əvvəl Putin yalnız 2005-ci ildə illik mətbuat konfransı keçirməyib. Həmçinin, Putinin Rusiya Federasiyasının baş naziri vəzifəsini icra etdiyi 2009-cu ildən 2011-ci ilə qədər belə konfranslar baş tutmayıb.