Paşinyan İlham Əliyevin fikrini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyan düşmənçilik ritorikasının kökünü kəsmək üçün Ermənistan, Gürcüstan və Azərbaycan arasında Cənubi Qafqazdakı vəziyyətin müzakirəsi ideyasını dəstəklədiyini bəyan edib.

Bu barədə Ermənistan mediası yazır.

Oktyabrda Azərbaycan prezidenti İlham Əliyev Tbilisiyə səfəri zamanı Bakı-İrəvan-Tbilisi formatında siyasi məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.

“Bu gün bizim də Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var. Əgər Ermənistan hazır olsa, biz bu gün bu formata başlamağa hazır olacağıq”, - deyə İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ