Kişi olduğunuzu sübut edin - Kadırov polislə dalaşan çeçenləri müharibə ilə hədələdi

Çeçenistanın Urus-Martan şəhərində yol polisi il yerli sakinlər arasında toqquşma baş verib. Münaqişə zamanı atəş səsləri eşidilib. Xəsarət alanlar barədə məlumat yoxdur. 

Hadisə dekabrın 11-nə keçən gecə baş verib. Yol polisinin məlumatına görə, dava müfəttişlərin adları açıqlanmayan yerli sakinlərdən yol hərəkəti qaydalarına riayət etməyi tələb etməsindən sonra başlayıb və yerli sakinlər buna “aqressiv” reaksiya veriblər.

Çeçenistan rəhbəri Ramzan Kadırov videomüraciətində Urus-Martanda həqiqətən də münaqişənin olduğunu təsdiqləyib. O, çeçen dilində şəhər sakinlərinə xəbərdarlıq edib ki, şəhərə bütün qurumların nümayəndələri göndəriləcək və onların iddiaları dinlənəcək. Kadırov həmçinin qanuna tabe olmayanları Ukraynaya müharibəyə göndərməklə hədələyib. 

“İnsanlar yığışdılar, hüquq-mühafizə orqanlarının əməkdaşlarını mühasirəyə aldılar... Bu işdə iştirak edənlər, döyüşmək istəyirsiniz? Belə bir fürsətiniz olacaq. Mən Çeçenistan Respublikasının xüsusi təyinatlılarına Urus-Martana getməyi tapşırıram. Seçiminiz var - ya onlarla vuruşun, ya da biz sizi xüsusi əməliyyat zonasına göndərəcəyik. Kişi olduğunuzu sübut edin”, – Kadırov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ