Qriqoryan: Ermənistan sülh müqaviləsi layihəsinin mətnini tezliklə Azərbaycana təqdim edəcək

“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsi layihəsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ