İlon Mask “Forbes”un milayrderlər reytinqində birinci yeri itirib

Amerikalı sahibkar, “Tesla”, “SpaceX” şirkətlərinin və “Twitter” sosial şəbəkəsinin sahibi İlon Mask artıq planetin ən varlı adamı deyil.

O, “Forbes” jurnalının milayrderlər reytinqində birinci yeri LVMH dəb evinin sahibi Bernar Arnoya güzəştə gedib.

“Louis Vuitton Moet Hennessy” rəhbəri ötən il də dünyanın ən varlı adamı olub. O zaman onun sərvəti 186,3 milyard dollar olaraq qiymətləndirilib.

Maska gəlincə isə iş adamı “Twitter”i satın alaraq 74 milyard dollar itirib və onun sərvəti aprelin ortalarındakı 200 milyard dollardan aşağı düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ