Biz dəli olmamışıq - Putin nüvə silahından istifadə barədə danışdı

Rusiya nüvə silahından istifadə etməyəcək. Bunu RF prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının (İHŞ) üzvləri ilə görüşündə Moskvanın nüvə silahı ilə bağlı planlarından danışarkən deyib.

Putin vurğulayıb ki, Moskva nüvə silahına malik olmağın bütün məsuliyyətini dərk edir.

“Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu bilirik”, - deyə prezident bildirib.

Eyni zamanda, Rusiya liderinin sözlərinə görə, potensial düşmənin Rusiya ərazisində nüvə silahından istifadə imkanları ciddi şəkildə məhdudlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ