Təslim olmadılar: Baxmutda gürcü döyüşçülərin ölümünün təfərrüatı

Bir neçə gün əvvəl Ukrayna mətbuatı şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində Baxmut yaxınlığında mühasirəyə alınan gürcüstanlı könüllülərin həlak olması barədə məlumat yayıb.

“Gürcüstan Milli Legionu”nun yaradıcısı və komandiri Mamuka Mamulaşvili Ukrayna mətbuatına bildirib ki, ölən gürcülər “Karpat Siç” könüllülər taborunun tərkibində döyüşüblər.

“Baxmut yaxınlığında gürcü könüllüləri həlak olublar. Uşaqlar mühasirəyə düşüblər və təslim olmaqdan imtina ediblər. Rusiyalılar onları ağır artilleriya atəşinə tutublar. Ukraynadakı müharibə zamanı artıq Gürcüstandan olan 33 könüllü həlak olub”, - deyə Mamulaşvili bildirib.

“Gürcüstan Milli Legionu”nun komandiri qeyd edib ki, gürcü döyüşçülərinin ölümündən sonra Rusiyaya qarşı döyüşmək üçün Gürcüstandan daha çox könüllü gələcək: 

“Gürcüstan Ukraynada yaranmış vəziyyətlə tanışdır. Gürcüstan cəmiyyəti Ukraynanı dəstəkləyir və bütün ukraynalılara rəğbət bəsləyir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ