Rusiya prezidenti Vladimir Putin зartlayış nəticəsində zədələnmiş Krım körpüsünə şəxsən baxış keçirib. Rusiya dövlətinin başçısı “Mercedes-Benz” markalı avtomobili ilə körpüdən keçirib.
“Biz sağ tərəfdə sürürük. Körpünün sol tərəfi, mən başa düşdüyüm kimi, işlək vəziyyətdədir, amma buna baxmayaraq, tamamlanması lazımdır. Onu ideal vəziyyətə gətirmək lazımdır”, - Putin deyib.
Oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə yük maşını partlaması nəticəsində 4 nəfər ölüb. Rusiya hakimiyyəti hadisəyə görə Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib, Ukrayna rəsmiləri isə bu ittihamları rədd ediblər.
Körpüdəki partlayışdan sonra Rusiya Ukraynaya kütləvi raket zərbələri endirib.