Rusiyada hava bazalarına hücumlar: Ölənlər var - VİDEO

Rusiyanın Ryazan vilayətində aerodromda yanacaq daşıyan tankerin alışması nəticəsində 3 nəfər həlak olub.

İlkin məlumatlara görə, qurbanlar da var. Təyyarələrdən biri də zədələnib. Hadisənin səbəbləri hələ də bəlli deyil. Şahidlər səhər saat 6:30-da güclü partlayışın olduğunu bildiriblər. Onların sözlərinə görə, ətrafdan kerosin iyi gəlirdi.

Xarici media və teleqram kanalları da bazar ertəsi Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərindəki aviabazaya naməlum pilotsuz uçuş aparatının hücumu nəticəsində iki Tu-95 təyyarəsinin zədələndiyini bildirir.

Mənbələrin məlumatına görə, iki rus əsgəri yaralanaraq xəstəxanaya aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ