Xəzərdə minlərlə suitinin ölümünün əsas səbəbi açıqlandı

Dağıstanda Xəzər dənizinin bütün sahilləri boyunca 2500 ölü suiti tapılıb.

Bu barədə regionun Təbii Sərvətlər və Ekologiya Nazirliyi məlumat yayıb.

Ölü heyvanların cəsədləri müxtəlif yerlərdə, daha çox Yüzbaş çayı ərazisində, Sulak və Şurinka çaylarının mənsəbləri arasında tapılıb.

TASS nazirliyə istinadən yazır ki, bu, son on ildə Xəzər suitilərinin ən kütləvi ölümüdür. Ölən heyvanların sayının artması davam edir.

Bir gün əvvəl, dekabrın 3-də Xəzər dənizinin sahilində Mahaçqalada 650-700 ölü suiti tapıldığı məlum olub. Dekabrın 4-də günortadan sonra Xəzərin Mühafizə Mərkəzində 1700 suitinin tələf olması təsdiqlənib.

Dağıstanın Təbii Sərvətlər Nazirliyi hesab edir ki, Xəzərdə suitilərin kütləvi ölümü“təbii amillərlə” bağlıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ