İranda dörd “Mossad agenti” edam edildi

Dekabrın 4-də İsrailin xarici kəşfiyyat xidməti “Mossad” ilə əməkdaşlıqda təqsirli bilinən dörd iranlı edam edilib.

İsrail mediası yazır ki, daha üç nəfər beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilib.

“Sionist rejimin kəşfiyyat şəbəkəsi ilə əlaqəsi olan cinayətkar dəstənin dörd üzvü bu gün səhər saatlarında edam edilib”, - rəsmi bəyanatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ