İŞİD liderinin öldürülməsinin görüntüləri yayıldı - video

Sosial şəbəkələrdə İŞİD lideri Əbu Əl-Həsən Əl-Haşimi Əl-Qureyşinin öldürülməsinin görüntüləri yayılıb.

Əl-Qureyşi noyabrın 30-da öldürülüb. Reuters yazır ki, Əbu Həsən Qureyşi məxfi evlərdən birində gizlənərkən mühasirəyə alınıb. O, aşkar edildikdə tərəfdarları ilə birgə “şəhid” kəmərlərini partladıblar. Agentlik mənbələri İŞİD hücrəsini mühasirəyə alan yaraqlıların hansı qrupa aid olduğunu dəqiqləşdirməyib.

Əbu əl-Hüseyn əl-Hüseyni əl-Qureyşi İŞİD-in yeni lideri seçilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ