Avropa İttifaqı Rusiyadan neftə 60 dollarlıq qiymət tavanının tətbiqi ilə bağlı kompromis əldə edib, bu barədə Reuters xəbər verir.
Polşa qiymətə baxış mexanizminin işə salınması şərti ilə sövdələşməni rəsmən təsdiqləyib. Tələbləri Aİ-nin kompromis əldə etməsinə mane olan ölkələrdən biri də Polşa idi.