Paşinyan Makronsuz Əliyevlə görüşməkdən imtina edir

Paşinyan Parisəbaxaraq regionu yeni eskalasiyaya sürükləyir, bu barədə Rusiya mətbuatında dərc olunan məqalədə bildirilir.

Qeyd ounur ki, Nikol faktiki olaraq Yerevan sammitini ləğv edib.

“Baxmayaraq ki, yekun sənəddə İrəvana hərbi dəstək verilməsindən, Ermənistanın sərhədlərinin möhkəmləndirilməsindən bəhs edən bir sıra bəndlər, həmçinin sərhəd zonasında KTMT-nin mülki missiyası ilə bağlı məqamlar öz əksini tapıb. Sənəddə, KTMT-yə üzv ölkələrin Bakı ilə sıx əlaqələrini nəzərə alaraq, İrəvanın anlamalı olduğu təkcə Azərbaycana qarşı siyasi qınaq yox idi.

Paşinyan öz daxili auditoriyasına ilk növbədə Rusiyanın imicinə ciddi ziyan vuran “KTMT-nin acizliyini” nümayiş etdirmək niyyətində idi.

Digər tərəfdən, Nikol Vovayeviç Qərb tərəfdaşlarına və hər şeydən əvvəl Fransaya Azərbaycanla münasibətlərin tənzimlənməsində üstünlük təşkil edən moderator mövqeyi yaradır. İlham Əliyevin bugünkü bəyanatına əsasən belə çıxır ki, Paşinyan Fransa prezidenti olmadan görüşdən ümumiyyətlə imtina edir”, - məqalədə deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ