Mühasirəyə düşən İŞİD lideri özünü partladıb - foto

İŞİD lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşi Suriyanın Casim şəhərində silahlılarla döyüş zamanı mühasirəyə alınarkən tərəfdarları ilə birlikdə özünü partladıb. Hadisə oktyabrın ortalarında baş verib. 

Bu barədə “Reuters” öz mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, Əbu Həsən Qureyşi məxfi evlərdən birində gizlənərkən mühasirəyə alınıb. O, aşkar edildikdə tərəfdarları ilə birgə “şəhid” kəmərlərini partladıblar. Agentlik mənbələri İŞİD hücrəsini mühasirəyə alan yaraqlıların hansı qrupa aid olduğunu dəqiqləşdirməyib.

Bir gün əvvəl İŞİD lideri Əbu əl-Həsən əl-Haşimi əl-Quraşinin İraqda döyüş zamanı öldüyünü açıqlanmışdı. Pentaqon onu Azad Suriya Ordusu tərəfindən ləğv edildiyini iddia edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ