Rusiyanın Ukraynaya hücumunun iflasa uğramasının səbəbi açıqlandı

Ukraynaya hərbi hücum planı çox məxfi olduğundan iflasa uğrayıb.

Bu barədə “Deutsche Welle” Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) hesabatına istinadən yazır.

Müəlliflər iddia edirlər ki, hətta Rusiya hərbi rəhbərliyinin qonşu ölkəyə hücum etmək niyyətindən xəbəri olmayıb.

Ekspertlərin fikrincə, Kremlin planında Rusiya Federasiyasının Ukraynaya girərək 10 gün ərzində işğal ediləcəyi və ərazilərin ilhaqını avqusta qədər başa çatdırılacağı nəzərdə tutulurdu, lakin RF qoşunları bu planın həyata keçirilməsinə taktiki cəhətdən hazır deyildi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ