Pele xəstəxanaya yerləşdirilib

Futbol üzrə üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib. Məlumata görə, tibb işçiləri keçmiş futbolçuda çoxsaylı iltihab və ürək çatışmazlığından xəbər veriblər.

Xəstəxanadan həmçinin bildirilib ki, Pelenin son aylarda keçirdiyi kimya terapiyası braziliyalının bədənindəki şişlərə heç bir təsir göstərməyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Onun bağırsaqlarında, qaraciyər, həmçinin ağciyərində şişlər var.

Xatırladaq ki, braziliyalı əfsanə 82 yaşındadır və, o, futbol üzrə yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ