Ukraynanın NATO-ya üzv olmasının əsas şərti açıqlandı

NATO Ukraynanın qələbəsi üçün mümkün olan hər şeyi etməlidir, çünki bu şərt olmadan alyansa üzvlük mümkün deyil. 

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, alyansın üzvləri “Ukraynanın Avropada demokratik suveren ölkə kimi qalib gəlməsi üçün hər şeyi etməlidir”.

“Ukrayna suveren ölkə kimi qalib gəlməsə, üzvlük məsələsi ümumiyyətlə müzakirə mövzusu olmayacaq”, - deyə Stoltenberq Buxaretsdə Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərinin iki günlük görüşünün yekunlarına dair mətbuat konfransında bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ