Pakistanda kamikadze özünü partlatdı: ölənlər var

Çərşənbə günü Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin paytaxtı Kvettada törədilən partlayışda bir polis məmuru və bir uşaq həlak olub.

TASS-ın məlumatına görə, daha 24 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında 15 polis əməkdaşı var. İlkin məlumatlara görə, kamikadze polisin mühafizəsi altında olan poliomielitə qarşı peyvəndlənmə məntəqəsinin yaxınlığında kustar üsulla hazırlanmış partlayıcı qurğunu işə salıb.

Bazar ertəsi Pakistan hakimiyyəti Pəncab, Sind və Bəlucistan əyalətlərində 23 regionda beş yaşdan kiçik 13,5 milyon uşaq üçün ilin üçüncü poliomielit peyvəndi kampaniyasına başlayıb. Uşaqların iflicə qarşı kütləvi peyvənd edilməsi ilk dəfə 2020-ci ildə Pakistanda başlayıb, lakin Əfqanıstanla həmsərhəd bölgələrdə Taliban yaraqlıları tərəfindən bu kampaniyanın qarşısı alınıb.

Ekstremistlər poliomielitə qarşı peyvəndlənməni “uşaqları sterilizasiya etmək və İslam dəyərlərini sarsıtmaq” üçün “Qərb planının” bir hissəsi olduğunu bəhanə edərək peyvənd məntəqələrinə, həkimlərə və Pakistan təhlükəsizlik qüvvələrinə hücum ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ