Çeçenistan rəhbəri Ramzan Kadırov Roma Papası Fransiskin çeçenləri və buryatları Ukraynadakı müharibənin “ən qəddar” iştirakçıları adlandırmasına reaksiya verib.
“Mən sizə inkvizisiyanı, səlib yürüşlərini hirslə xatırlada bilərəm, hətta əsl qəddar kadrları... silahsız Rusiya hərbçilərinin son edamlarını xatırlada bilərəm”, – Kadırov Telegram kanalında yazıb.
Onun sözlərinə görə, dini rəhbər tutaraq çeçenlər “sülh təklifi olmadan döyüşə başlamırlar”.
Kadırov qeyd edib ki, çeçen hərbçilərinin sıralarında “bir nəfər də olsun spirtli içki qəbul edən və ya narkoman yoxdur, hamısı dindardır”.
“Və döyüşçülərin hər biri bilir ki, müharibədə şərəf, ləyaqət və hətta düşmənə hörməti unutmaq olmaz”, - o vurğulayıb.
Bir gün əvvəl “America” jurnalına verdiyi müsahibədə Rusiyanın Ukraynadakı müharibəsindən danışan Roma Papası bəyan edib ki, “Rusiya qoşunlarının vəhşiliyi haqqında çoxlu məlumata malikdir. Bir qayda olaraq, bəlkə də ən çox zorakılıq edənlər Rusiyadan olan, lakin rus ənənəsinə sadiq olmayan çeçenlər, buryatlar və digər xalqların nümayəndələridir.