Roma Papası Fransisk “Amerika” xristian jurnalına müsahibəsində Ukraynadakı müharibə ilə bağlı bir sıra rezonans doğuran açıqlamalar verib. Ukraynaya təcavüzə görə məsuliyyət daşıyanlar haqqında danışarkən, o, Vladimir Putinin adını çəkmədiyini qeyd edib - çünki bu, artıq aydındır.
Bundan əlavə, pontifik çeçenləri və buryatları müharibənin “ən qəddar” iştirakçıları adlandırıb.
Mən Ukraynadan danışanda şəhid olan insanlardan bəhs edirəm. Şəhidləriniz varsa, onlara işgəncə verənlər var. Ukraynadan danışanda qəddarlıqdan bəhs edirəm, çünki işğalçı qoşunların vəhşiliyi haqqında çoxlu məlumatım var. Bir qayda olaraq, Rusiya ordusunda ən qəddar olanlar rus ənənələrinə əməl etməyənlərdir - məsələn, çeçenlər, buryatlar və s. Təbii ki, Rusiya dövləti işğalçılıq edir. Bu tamamilə aydındır.
Rəsmi Moskva pontifikin sözlərinə kəskin reaksiya verilib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Federasiya Şurasında keçirilən dəyirmi masada deyib ki, Roma Papasının sözləri artıq rusofobiya deyil – pozğunluqdur:
“Yadınıza salın, 90-cı illərdə və 2000-ci illərin əvvəllərində bizə tam əksini deyirdilər – ruslar, slavyanlar Qafqaz xalqlarına işgəncə verirlər, indi isə bizə deyirlər ki, Qafqaz xalqları slavyanlara işgəncə verirlər”.