“Apple” “Twitter”i “App Store”dan silməklə hədələyir - İlon Mask

Amerikalı milyarder, “Twitter” sosial şəbəkəsinin yeni sahibi İlon Mask bildirib ki, “Apple” sosial şəbəkəni proqramlar mağazasından silməklə hədələyir. 

Bu barədə o, rəsmi hesabında yazıb.

““Apple” həmçinin “Twitter”i “App Store”dan silməklə hədələyir, lakin bunun səbəbini bizə açıqlamır”, - deyə sahibkar bildirib.

Mask təkcə “Apple”ın “Twitter”i “App Store”dan silməklə bağlı təhdidlərindən deyil, həm də şirkətin “Twitter”də reklam verməkdən imtina etməsindən danışıb. 
“Onlar Amerikada söz azadlığına nifrət edirlər?”, - deyə Mask etiraz edib.

Daha əvvəl “Financial Times” qəzeti böyük reklamçıların Maskın hərəkətlərinə görə “Twitter”də reklam verməkdən imtina edəcəklərini bildirib. Nəşrin mənbələrindən biri indiki vəziyyəti unikal adlandırıb, çünki əvvəllər belə hadisələr baş verməyib. Qəzetin həmsöhbəti əlavə edib ki, vəziyyət şirkətə ziyan vurur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ