Sərxoş azərbaycanlı təyyarədə dava saldı – FOTO + VİDEO

Martın 11-də Rusiyanın Orenburq şəhərindən Moskvaya uçan təyyarədə Azərbaycan vətəndaşı hava gəmisində uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

Bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan millət vəkili Yuriy Mişeryakov instaqram hesabında məlumat yayıb.

O, bildirib ki, hadisə “Orenburq” hava limanında baş verib. Vilayət mərkəzinin keçmiş merinin sözlərinə görə, azərbaynaclı sərxoş olub.

“Polis və sərnişinlərin köməyi ilə davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edib”, - deyə o, bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ