NATO üzvü olan 30 ölkədən 20-də Ukraynaya verilə biləcək silah və hərbi texnika ehtiyatları tükənir. Bu barədə “The New York Times” alyansın nümayəndəsinə istinadən xəbər verir.
O, aydınlaşdırıb ki, kiçik ölkələr ehtiyatlarla bağlı çətinliklər yaşayır, lakin blokun 10 üzvünün hələ də Kiyevi dəstəkləmək üçün kifayət qədər resursları var.
NYT mənbəsi Ukraynaya hərbi yardımı davam etdirə bilən ölkələr arasında Fransa, Almaniya, İtaliya və Hollandiyanın adını çəkib. Ümumilikdə alyans bu günədək Ukraynaya 40 milyard dollar dəyərində silah verib.Bu, Fransanın illik müdafiə büdcəsinə uyğundur.
NATO nümayəndələri Ukraynadakı hərbi əməliyyatların miqyasını heyrətləndirici adlandırırlar: Avropada İkinci Dünya Müharibəsindən bəri belə şiddətli atışmalar olmayıb və Qərb onlara hazır deyildi.
Müdafiə üzrə ekspert və NATO baş katibinin keçmiş köməkçisi Kamil Qrand deyib: “Ukraynada bir gün Əfqanıstanda bir ay və ya daha çox vaxtdır. Orada NATO qüvvələri gündə 300-ə qədər artilleriya atəşi aça bilərdi.
NATO-nun yüksək rütbəli rəsmisi bildirib ki, ukraynalılar ötən ilin yayında Donbasda gündə 6-7 min artilleriya atəşi açıblar. Rus qoşunları - gündə 40 mindən 50 minə qədər artilleriya atəşi açıp. Müqayisə üçün qeyd edək ki, ABŞ-da hər ay cəmi 15 min mərmi istehsal olunur.
Beləliklə, Qərb Ukraynanın hazırda istifadə edə biləcəyi Sovet dövründən qalma texnika və sursatları, o cümlədən S-300 hava hücumundan müdafiə raketləri, T-72 tankları və xüsusilə də sovet çaplı artilleriya mərmilərini tapmaq üçün canfəşanlıq edir. Onlar Cənubi Koreya kimi ölkələrdə Ukrayna üçün sursat alışını təşkil etməyə çalışırlar. Hətta NATO-nun Çexiya, Slovakiya və Bolqarıstandakı köhnə fabriklərə sərmayə qoyması, Ukrayna artilleriyası üçün 152 mm və 122 mm-lik sovet çaplı mərmilərin istehsalına yenidən başlaması ilə bağlı müzakirələr gedir.
ABŞ hakimiyyət orqanları Javelins əvəzinə TOW tank əleyhinə raketləri, eləcə də yeni versiyalar əvəzinə Hawk yer-hava raketlərini köçürməyi düşünür. Onlar həmçinin Ukrayna ordusuna 20 min dollarlıq pilotsuz uçan aparatla 150 min dollarlıq raket atmaqdansa, verilən silahlardan daha yaxşı istifadə etməyi məsləhət görürlər.