Ərdoğan intihar etmək istəyən şəxsi yolundan döndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan intihara cəhd edən vətəndaşı yolundan döndərib.

Türkiyə mediası yazır ki, Ərdoğan 15 İyul Şəhidlər Körpüsündə intihara cəhd edən şəxslə danışaraq onu yola gətirib.

İntihara cəhd edən Murat Duran adlı vətəndaş Türkiyə Prezidentinin sözünə əməl edərək bu istəyindən imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ