Ukraynanı “dəhşətli qış” gözləyir - NATO-nun baş katibi

Ukraynanı “dəhşətli qış” gözləyir. Ölkə üçün hadisələrin belə inkişaf edəcəyini NATO-nun baş katibi Yens Stoltenberq proqnozlaşdırıb.

Şimali Atlantika Alyansının baş katibi bildirib ki, bloka üzv ölkələr Ukraynanın qışdan sağ çıxması üçün yeni yardımlar ayırmaq niyyətindədirlər. O, həmçinin əlavə edib ki, NATO-nun qapıları Ukrayna üçün açıq qalır.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevi qış aylarında hərbi hücumlarını gücləndirməyi davam etdirməyə çağırıb. Nazir bildirib ki, Ukrayna “təzyiq göstərməyə, sürəti saxlamağa davam etməlidir” və Qərb ölkələrinin Ukrayna ordusuna 300 mindən çox texnika göndərdiyini xatırladıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ