Əlcəzairdə “linç məhkəməsi”nə görə 49 nəfər edam ediləcək

Əlcəzairdə məhkəmə bir kişini öldürməkdə və onun cəsədini təhqir etməkdə təqsirli bilinən 49 nəfəri ölüm cəzasına məhkum edib, daha 22 nəfər isə müxtəlif müddətlərə həbslə cəzalandırıb.

Avqust ayında Əlcəzair polisi meşələrin yandırılmasında şübhəli bilinən şəxsin linç edilməsində iştirak edən onlarla adamın həbs edildiyini açıqlayıb. Əlcəzair Baş Prokurorluğunun məlumatına görə, avqustun 11-də bir qrup vətəndaş ölkənin şimalında yerləşən Tizi-Uzu əyalətinin Larbaa-Nat-İraten şəhərində meşələrin yandırılmasında şübhəli bilinən üç nəfəri saxlayıb və onları döyüblər.

Polis müdaxilə edərək üç nəfəri bölməyə aparıb, lakin insanlar onlardan birini polis bölməsindən çıxara biliblər. Kişi şəhər meydanında döyülərək diri-diri yandırılıb. Onu xilas etməyə çalışan polis əməkdaşları da yaralanıb.

Bildirilir ki, bu gün Dar əl-Beydə şəhərində Cinayət Məhkəməsi gəncin öldürülməsi və onun cəsədini təhqir edilməsi faktı üzrə 49 müttəhimə ölüm hökmü çıxarıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ