Bu, Ukraynanın məhvi olacaq, biz dayanmalıyıq - Lukaşenko

Ukrayna yeni qurbanlar istəmirsə, Kiyev Rusiya ilə danışıqlara hazırlığa başlamalıdır. 

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Hər şey Ukraynanın əlindədir. Ona görə yox ki, mən bunu (Vladimir - red.) Zelenskiyə və ya Ukraynanın üzərinə atmaq istəyirəm. İndi hər şey Ukraynanın əlindədir. Çətindir (sülh müqaviləsi bağlamaq - red.), amma sağalmaq istəyirlərsə, bunu etməlidirlər. Bu, Putinin müharibədən çox əvvəl dediyi kimi deyil - Ukraynanın dövlətçiliyini itirmək təhlükəsi yaradacaq. Bu, Ukraynanın məhvi olacaq. Biz dayanmalıyıq”, - Belarus lideri bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ