Financial Times: Avropada enerji böhranı illərlə davam edəcək

Avropada enerji böhranı bir neçə il davam edəcək. Bu barədə “Financial Times” ekspertlərə istinadən yazır.

"Avropa qaz böhranından keçir, bu, iki-üç il davam edəcək. Yüz milyardlarla avro xərcləməsinə, anbarların doldurulmasına, ev təsərrüfatlarına yardım edilməsinə baxmayaraq, böhran təhlükəsi böyükdür, ona görə də təhlükəsizlik hissi, yalançı bir vəziyyət yaratmağa ehtiyac yoxdur. ”, - İsveçrə-Hollandiya neft treyderinin nümayəndəsi Vitol Cid Bambavale bildirib.

Mütəxəssislər Avropa ölkələrinə enerji tələbatını azaltmağı və əlavə təbii qaz tədarükü ilə təmin etməyi tövsiyə edirlər. Vitol-un baş direktoru Russell Hardy-nin sözlərinə görə, "yanacaq tələbatını saxlamaq üçün enerji qiymətlərinin yüksək qalması vacibdir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ