Putin İrəvana səfərə gedib

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etmək üçün İrəvana gedib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

RF prezidentini hava limanında Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.

İrəvanda keçiriləcək görüşdə KTMT-yə üzv dövlətlərin başçıları “təşkilatda əməkdaşlığın əsas istiqamətlərini, həmçinin aktual beynəlxalq və regional problemləri nəzərdən keçirəcəklər”.

Bundan əlavə, Putin Paşinyanla görüşəcək. Daha əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya rəhbəri Belarus prezidenti Aleksandr Lukaşenko ilə “danışmaq imkanı əldə edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ