Avropa Parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb

Avropa Parlamenti səs çoxluğu ilə Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.

“Reuters” xəbər verir ki, 494 avroparlamentari qətnamənin lehinə səs verib.

Qəbul ediliən sənəd hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır.

Qətnamədə bildirilib ki, Rusiya hərbçiləri beynəlxalq hüquq normalarını pozaraq Ukraynada mülki hədəfləri, o cümlədən enerji infrastrukturu, xəstəxanalar, məktəblər və sığınacaqları hədəfə alır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ