ABŞ-ın Virciniya ştatının Çesapik şəhərindəki Walmart mağazasında silahlı şəxs atəş açıb. Bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, cinayətkar zərərsizləşdirilib.
İnsident nəticəsində təxminən 10 nəfərin öldüyü bildirilir, yaralıların dəqiq sayı mlum deyil.
Hadisə şahidlərinin sözlərinə əsasən, atəşi mağazanın gecə meneceri istirahət otağında açıb. Bu məlumat rəsmi təsdiqini tapmayıb.