Noyabrın 23-nə keçən gecə Zaporojye vilayətinin Volnyansk şəhərində yerli xəstəxananın doğum şöbəsi Rusiya tərəfindən atəşə tutulub. Nəticədə bir körpə dünyasını dəyişib.
Bu barədə Zaporojye vilayəti administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.
“Ürəyimizi kədər bürüdü – yenicə dünyaya göz açan körpə öldürüldü”, - deyə rayon rəhbəri bildirib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin dəqiqləşdirdiyi kimi, atəş zamanı qadın və onun yeni doğulmuş uşağı, həmçinin həkim doğum şöbəsində olub. Xilasedicilər həkimi və qadını dağıntılar altından sağ çıxara biliblər.
Xilasetmə işləri davam edir.