Rusiyalılar Xersonda ölmüş hərbçilərinin cəsədlərini yandırıblar

Rusiyalı hərbçilər Xersondakı zibillik ərazidən ölmüş yoldaşlarının cəsədlərini yandırmaq üçün istifadə ediblər. Bu barədə “The Guardian” yerli sakinlərin açıqlamalarına istinadən yazıb.

Yerli sakinlərin sözlərinə görə, rusiyalı hərbçilərin yük avtomobilləri ilə qara torbalarda nə isə gətirdiyini, daha sonradan isə onları yandırdıqlarını görüblər. Xerson sakinləri belə hesab edir ki, Rusiya ordusu burada döyüşdə ölən rusiyalı hərbçilərin cəsədlərini yandırıb.

Poliqonun girişində nəzarət-buraxılış məntəqəsi qurulub, yerli sakinlərin əraziyə buraxılmasına icazə verilməyib.

“The Guardian” qeyd edir ki, bu iddialar onlarla yerli həmsöhbət tərəfindən təsdiqlənib, lakin məlumatı müstəqil şəkildə təsdiq etmək mümkün deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ