Zurabişvili Saakaşvilini niyə əfv etməyəcəyini açıqladı

Gürcüstan prezidenti Salome Zurabişvili bir sıra səbəblər göstərərək sabiq dövlət başçısı Mixail Saakaşvilinin əfv edilməsini növbəti dəfə istisna edib, lakin onun həbsxanada ölməməli olduğunu bəyan edib.

“Hələlik məhkəməsi prosesi davam edir. Gürcüstan qanunvericiliyinə görə, əfv yalnız onlar (məhkəmələr) bitdikdən sonra verilə bilər”, - Zurabişvili BBC proqramına müsahibəsində deyib.

Gürcüstan prezidentinin sözlərinə görə, hətta mümkün olsa belə, o, Saakaşvilini əfv etməkdən imtina edəcək, çünki “bu, çox güclü qütbləşdirici amildir”. 

“İnsanlar onun rejimi altında həyatı yaşayıblar. Gürcüstanda praktiki olaraq elə bir ailə yoxdur ki, bu cür avtokratik rejimin nə demək olduğunu bilməsin”, - Zurabişvili bildirib.

Eyni zamanda o qeyd edib ki, “keçmiş prezidentin həbsdə ölməsini və ya ağır xəstəliyə tutulmasını istəmirik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ