Rusiya İstintaq Komitəsi “Nə? Harada? Nə zaman?” oyununun sabiq iştirakçısı Rövşən Əsgərovu RF ordusu haqqında sözlərinə hüquq qiymət verəcək.
Bu barədə qurumun Telegram kanalında yayılan məlumatda deyilir.
R.Əsgərov Rusiya Federasiyasının Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı cinayət işi ilə üzləşə bilər.
“Rusiya İstintaq Komitəsinin müstəntiqləri Rövşən Əsgərovun Ukraynanın “YouTube” kanalına müsahibəsində səsləndirdiyi və Rusiya Silahlı Qüvvələrinə qarşı yönəlmiş ifadələrinə hüquqi qiymət verəcək”, - məlumatda deyilir.
Xatırladaq ki, bu ilin aprelində Rusiya İstintaq Komitəsi Rövşən Əsgərova qarşı “Nasizmin reabilitasiyası haqqında” cinayət işi açıb. Qeyd olunub ki, Əsgərov sosial şəbəkələrdəki səhifəsində “Rusiya komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən qəsdən yalan məlumatlar” dərc edib.
May ayında Əsgərov Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.