İsrail ən müasir dron-kamikadzeni təqdim etdi - video

İsrailin “Elbit” konserni “Lanius” miniatür dronunu yaradıb. Bu, kamikadze-dronlar xəttinə aid olan ən son məhsuldur. “Lanius”  şəhər ərazilərində döyüş şəraitində əməliyyatlar aparmaq, düşmənin canlı qüvvəsini məhv etmək və kəşfiyyat məlumatları ötürmək üçün nəzərdə tutulub. 

Bu barədə İsrailin Kanal 9 telekanalı məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz uçuş aparatının taktiki və texniki imkanları qapalı və ya çətin əldə edilən ərazilərdə fəaliyyət göstərməyə imkan verir.

Yeni dron yarış multikopteri və süni intellektdən istifadə edərək daxil olan məlumatları emal edən NVIDIA Jetson TX2 kompüterinin simbiozundan yaradılıb. “Lanius” 140 qram trotil partlayıcı ilə təchiz edilir, saatda 72 kilometr sürət yığa bilir. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ