Rusiya Suriyadakı vəzifəsini yerinə yetirmir - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilən xüsusi əməliyyatın səbəblərini, o cümlədən Rusiyanın regionda terrorçuları məhv etməkdən imtina etməsi ilə bağlı açıqlama verib. Onun sözlərini “Daily Sabah” qəzeti sitat gətirir.

“Bizim 2019-cu il Soçi razılaşmasına əsasən, İraqın və Suriyanın şimalında terrorçuların məhvinə cavabdeh olan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir”, – Ərdoğan bildirib.

O, Türkiyənin susmayacağını və müstəqil şəkildə terrorçulara qarşı tədbirlər görəcəyini deyib. Ərdoğan Kobani bölgəsinə 12 zərbə endirdiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.

Bundan əvvəl məlum olub ki, Türkiyə ABŞ rəsmiləri tərəfindən məlumatların ələ keçirilməsi səbəbindən Suriya və İraqın şimalındakı əməliyyatı bir gün müddətinə təxirə salıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ