Polşa “Patriot”u Ukrayna ilə sərhəddə yerləşdirəcək

Polşa hakimiyyəti Almaniyanın ölkəyə əlavə Patriot raketdən müdafiə/hava hücumundan müdafiə batareyaları göndərmək təklifini qəbul edib. Onların Ukrayna ilə sərhəddə yerləşdirilməsi planlaşdırılır. Bu barədə Polşanın baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşçak öz Twitter səhifəsində yazıb.

"Almaniya müdafiə nazirinin ölkəmizdə əlavə "Patriot" yaylım atəşi sistemlərinin yerləşdirilməsi təklifini məmnunluqla qəbul etdim. Almaniya tərəfi ilə bugünkü telefon danışığı zamanı sistemin Ukrayna ilə sərhəddə yerləşdirilməsini təklif edəcəm", - nazir yazıb. .

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ