Zelenski Ukrayna ordusunun irəlilədiyini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib ki, Donetsk vilayətində ağır döyüşlər gedir.

Zelenskinin sözlərinə görə, bu günlərdə hava şəraitinin pisləşməsi ilə əlaqədar hücumlar daha azdır, Rusiyadan zərbələrin sayı həddən artıq yüksək olaraq qalır.

“Luqansk vilayəti - biz yavaş-yavaş və döyüşlərlə irəliləyirik”, - Ukrayna dövlətinin başçısı bildirib.

Onun sözlərinə əsasən, ötən gün ərzində şərq istiqamətində 400-ə yaxın mərmi atılıb. 

“Cənub - biz müdafiəni saxlayırıq, işğalçıların potensialını məhv etməyə hesablanmışıq”, - Zelenski bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ