NASA tərəfindən çəkilən Marsın görüntülərini təhlil edən amerikalı Stiv Martin fotoların birində pinqvin görüb.
Buta.Media Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” nəşri yazır.
S.Martin bildirib ki, o, uzun müddətdir ki, Marsda yadplanetlilərin izlərini tapmağa çalışır.
“Mən həmişə fikirləşmişəm ki, Marsda həyat olub, və indi hesab edirəm ki, bunu sübut edə biləcəm”, - o qeyd edib.
Amerikalının sözlərinə görə, o, fotoların birində pinqvini xatırladan canlını görüb.
“Mən NASA-nın görüntülərinə saatlarla baxıram, lakin heç vaxt fikirləşməzdim ki, pinqvini görəcəm”, - deyə o bildirib.
Stiv Martin NASA əməkdaşlarını fotonu diqqətlə öyrənməyə çağırıb.