Türkiyə ordusu İraq və Suriyada terrorçuların bazalarını məhv edib

Türkiyə ordusu İraq və Suriyanın şimalında keçirdiyi hava əməliyyatı zamanı terrorçuların bazalarını məhv edib. Bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.

Əməliyyatda 50-dən çox təyyarə və 20 pilotsuz uçuş aparatı iştirak edib. Artilleriya zərbələri həmçinin Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) bazaları və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrini hədəfə alıb.

Mənbələr həmçinin bildiriblər ki, hava əməliyyatından sonra transsərhəd əməliyyatı həata keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ